Seldən sonra güclü yanğın - GÖYÇAYDA

Göyçay rayonunda taxıl sahəsində və nar bağında güclü yanğın baş verib.  APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 6-da axşam saatlarında rayonun Bığır kəndindəki ümumi sahəsi 500 hektar olan taxıl sahəsində və nar bağında qeydə alınıb.

Yanğın 4 saatdan çox davam edib. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu rayonlarının Yanğından Mühafizə Hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Gecə saatlarında alovun qarşısı alınıb.

Nəticədə 30 hektar sahədə biçilməmiş taxıl sahəsi və nar bağındakı ağaclar yanaraq tələf olub. Yanğın zamanı fermerlərə külli miqdarda maddi ziyan dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv