Velosiped sürən yeniyetməni avtomobil vurdu - ASTARADA
Astarada velosipedçini avtomobil vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Giləkəran məhəlləsində baş verib.
Rayon sakini, 14 yaşlı Ələsgərov Əkbər Qadir oğlu velosiped sürən zaman avtomobilin zərbəsilə üzləşib. Yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək Travmatologiya şöbəsinə yerləşdirilib. Ə.Ələsgərova körpücük sümüyü ilə yanaşı, ayağının sınığı diaqnozu təyin edilib. Hazırda vəziyyəti qənaətbəxşdir.
Yol qəzasının təfərrüatları araşdırılır.