Masallıda dəhşətli qəza ÖLƏN VƏ YARALI VAR

Masallıda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 20-də saat 20 radələrində Ələt-Astara magistralının 168-ci kilometrliyində-rayonun Musaküçə kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 51 yaşlı Cümşüd Bahadır oğlu Əsədovun idarə etdiyi “VAZ-2106”  markalı minik avtomovili Masallı rayon sakini, 44 yaşlı Rəfail Qafar oğlu Qafarovun idarə etdiyi “Jeep”  markalı minik avtomobililə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Onların səyləri nəticəsində “VAZ-2106” markalı avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sərnişin, sürücünün həmkəndlisi olan 57 yaşlı Əlövsət Rəcəb oğlu Yusifov xüsusi alət və avadanlıqlardan istifadə olunmaqla xilas edilərək Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına təhvil verilib. Qəza zamanı həmçinin “VAZ-2106”-nın sürücüsü ilə digər sərnişini, Lənkəranın Darquba kənd sakini, 49 yaşlı Nizami Xeyrulla oğlu Yaqubov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə həmin müalicə müəssisəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Əlövsət Yusubov 10 dəqiqədən sonra dünyasını dəyişib. Digər iki yaralının da vəziyyəti ağır qiymətləndirilir.

 

İlkin versiya kimi hadisənin “VAZ-2106” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv