Trampın vəkili: "Kim Çen In dizi üstə çöküb yalvardı"
"Kim Çen In dizi üstə çökərək prezidentlə görüş istəyirdi".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Donald Trampın vəkili Rudolf Culiani deyib.
Onun sözlərinə görə, daha öncə Şimali Koreyadan olan diplomatlar D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri və vitse-prezidenti təhqir edib, ABŞ-ı nüvə müharibəsi ilə hədələyiblər: "Bu hadisədən sonra biz görüşü ləğv etməyi qərara alsaq da Kim Çen In dizi üstə çökərək bunu etməməyimiz xahiş etdi və bu, Şimali Koreya liderinin ən düzgün hərəkəti idi".
Xatırladaq ki, 24 may tarixində Şimali Koreya ilə danışıqlardan sonra Donald Tramp Kim Çen Inla görüşü ləğv etmişdi. 1 iyundan etibarən isə Sinqapurda görüş keçirmək barədə danışıqlara yenidən başlanıldı və görüş ayın 12-nə təyin edildi.