NATO-nun sabiq baş katibi: "Rus ayısı"nı sakit saxlamaq ən düzgün siyasətdir"
"Rusiya Ukraynanı bir neçə günə işğal edə bilər".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri NATO-nun keçmiş baş katibi Andress Foq Rasmussen deyib: "Ukraynanın son dövrlərdə öz hərbi gücünü artırmasına baxmayaraq onunla Rusiya arasında hərbi münaqişə baş versə, Ukrayna ərazisi az bir müddətdə işğal edilə bilər".
O əlavə edib ki, NATO Rusiya tanklarının kütləvi hücumuna qarşı durmağa hazırdır. Ancaq buna baxmayaraq "rus ayısı"nı sakit saxlamaq siyasəti hazırda ən düzgün addımdır.