"Maşın Şou": Mətanət yenə Aytənə qalib gələ bilmədi

Ötən axşam “Maşın Şou”nun 16-cı sürətində 6 xanım və 4 bəyin mübarizəsi davam edib.

 

APA TV-nin məlumatına görə, səsverməyə aparıcı Mətanət Əliverdiyeva çıxarılıb.

 

O, qalib gələcəyi təqdirdə, ilk gündən gərginlik yaşadığı həmkarı Aytən Səfərovanı şoudan kənarlaşdıracağını açıqlayıb.

 

Şounun gedişində maraqlı anlar yaşanıb. Xanımlarla gərginlik yaşasa da, M.Əliverdiyeva sonda kişi iştirakçılardan birini uzaqlaşdıracağını bildirib. Amma bu da onu xilas etməyib və sonda kifayət qədər səs toplaya bilməyən Mətanət Əliverdiyeva üçün maşın əldən gedib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli