Pentaqon rəhbəri: "Türkiyənin mənfəəti naminə yol tapmağa məcburuq"
"Türkiyənin qanuni mənfəətləri naminə bir yol tapmaq məcburiyyətindəyik".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib: "Türkiyə NATO üçün ön cəbhə ölkəsidir. Əsədin İran və Rusiyanın dəstəyi ilə xalqına gətirdiyi fəlakətin cəbhəsindədir. Onun maraqları qorunmalıdır. Bununla yanaşı Azad Suriya Ordusu (ASO) bölgədə İŞİD-i məğlub edən tək qüvvədir. Onları da yaddan çıxarmayacağıq. İŞİD-lə mübarizəmiz isə davam edir".
Türkiyə ilə birgə Menbiçdə keçiriləcək əməliyyata toxunan C. Mettis Türkiyənin təhlükəsizliyi üçün fəaliyyətə başlandığını qeyd edib.
"Bir tərəfdən Türkiyə, digər tərəfdən isə PYD/YPG ilə işbirliyini necə davam etdirəcəksiniz?" sualına Pentaqon rəhbəri "Bu, çox qarışıq məsələdir. Türkiyə və onun narahatlıqları barədə diplomatlarımız danışıqları davam etdirir. Məsələni həll etməyə çalışırıq. Təbii ki, Türkiyəyə qarşı deyil, onun maraqlarını nəzərə alaraq həll edəcəyik" cavabını verib.