Səudiyyə və Rusiyanın planına İraq maneəsi - NEFT BAZARINDA QEYRİ-MÜƏYYƏNLİK

Xam neftin qiymətlərində qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, "Brent" nefti gün ərzində ucuzlaşsa da, yenidən bahalaşaraq ötən gün səhər saatlarında qeydə alınan qiymətə - 75,81 dollara satılır. Qərbi Texas markası isə bir dollara qədər ucuzlaşıb və hazırda 64,97 dollara satılır. İki marka arasında qiymət fərqi 11 dollara yaxındır.

 

ABŞ-ın OPEC üzvü olan İrana yenidən sanksiya tətbiq etməsi bu ölkənin neft ixracına mənfi təsir edir. Digər OPEC üzvü Venesuelada isə siyasi ab-hava neft istehsalını azaldır.

Səudiyyə Ərəbistanı və Rusiya isə qeyd olunan ölkələrdən qaynaqlanan kəsiri aradan qaldırmaq üçün kartelin istehsalı azaltmaqla bağlı razılaşmasını dəyişmək istəyir. Məsələ Vyanada müzakirə olunacaq.

İraqın neft naziri Cabbar əl-Luaibi isə bazarda sabitliyi və qiymət həddini normal   dəyərləndirərək istehsalı artırmaq məsələsinin masada olmadığını deyib.

 

Bu arada ABŞ-da istehsal artmaqda davam edir. Həmçinin hasil olunan neftin daşınması üçün boru xətti çatışmazlığı probleminin uzun müddət həllini tapmayacağı bildirilir. İstehsalın artmasından dolayı isə ehtiyatların da artacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv