Yenidən yağışlar başlayır, güclü xəzri əsəcək

Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28,  Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində iyunun 8-də şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 8-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv