Hacıqabulda 10 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

Hacıqabulda 10 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Muğan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Zeynalov Mansur Həsən oğlu mayın 27-də bıçaq xəsarəti ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirilib. Bu gün səhər saatlarında yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Araşdırmalar zamanı məlum olub ki, M.Zeynalovu əmisi nəvəsi, Muğan qəsəbə sakini, 1994-cü il təvəllüdlü Nəriman Ədalət oğlu Zeynallı bıçaqlayıb. Münaqişənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. Bəzi məlumatlara görə, bıçaqlanmaya borc mübahisəsi səbəb olub. Nəriman Zeynallı mayın 27-də polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv