Ebru Gündəş Rza Zərrabı ziyarət edib - QIZINI DA APARIB
Türkiyəli məşhur müğənni Ebru Gündəş ABŞ-da həbsdə olan həyat yoldaşı, iş adamı Rza Zərrabı ziyarət edib.
APA TV-nin Türkiyə mətbuatının məlumatına görə, Ebru Gündəş Nyu-Yorka qızı Alara ilə gedib.
Federal Təhqiqatlar Bürosunun (FTB) nəzarətində olan və cəza çəkdiyi yer gizli saxlanan Rza Zərrab uzun müddətdir həyat yoldaşını görmək istəyirmiş.
Görüş iki həftə öncə baş tutub.