Lavrovdan Paşinyana rədd cavabı: "Azərbaycan razılığa gəlsə, olar"

"Erməni həmkarımla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik. Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək".


APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşündə deyib.
 

Sergey Lavrov qondarma "Dağlıq Qarabağ Respublikası"nın danışıqlarda tərəf kimi iştirakının zəruriliyi barədə Ermənistanın baş  naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib: "Danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib, sonra tərəflərin razılığı ilə danışıqlar formatı dəyişdirilib, indiki halını alıb. Onu da qeyd edim ki, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq".

Müəllif | Apa.Tv
Elvin Bayramlı