Türkiyədə həbs olunanlardan 14 nəfəri azad edilib

Türkiyədə 17 dekabr əməliyyatı zamanı həbs edilənlərdən 14-ü azad edilib. APA TV-nin məlumatına görə, prokurorluq tərəfindən məhkəmə qarşısına çıxarılanlardan azadlığa buraxılanlar arasında ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar da var.

 

Ümumilikdə, barələrində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə 49 nəfər göndərilib. Onların arasında iş adamı Rza Zərrab, nazir övladları Salih Kaan Çağlayan, Barış Gülər, Abdullah Oğuz Bayraktar, Xalq bankının baş direktoru Süleyman Aslan və İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir də olub. Saxlanılanların işinə üç hakim baxıb.

 

Məhkəmə prosesi zamanı şübhəlilərdən birinin - Fatih bələdiyyəsinin memarı Əli Tuncun səhhəti pisləşib. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb:

 

Rüşvət qalmaqalında adı hallandırılan yüksək vəzifəli məmurlardan biri - Avropa Birliyi naziri Egemen Bağış parlamentdəki çıxışında son hadisələrə toxunub. O, haqqındakı bütün iddiaları rədd edib:

 

Baş nazirin müavini Bülənd Arınç isə rüşvət və korrupsiyanı lənətli əməl adlandırıb:

   

 

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkənin daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliklərini, o cümlədən, oğlu həbs edilən daxili işlər naziri Müəmmər Güləri tənqid edib.

 

 

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında üç nazirin övladları da olmaqla, onlarla adam həbs edilib.

 

Müəllif | Apa.Tv