Paşinyan: "Qarabağın adından danışıq apara bilmərəm"

"Mən Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm". APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.

 

Baş nazir bildirib ki, əvvəlki prezidentlərin belə danışıqları aparmağa ən azı mənəvi hüququ vardı: "Robert Köçəryan Ermənistana gələnə kimi Qarabağın prezidenti idi, Serj Sərkisyan isə Dağlıq Qarabağ Respublikası özünümüdafiə qüvvələrinin əsas təşkilatçılarından olub. Buna görə də onların Qarabağın adından danışıqlar aparmaq mandatı vardı. Lakin mən bunu edə bilmərəm, çünki bunun üçün nə hüquqi, nə siyasi, nə də mənəvi əsasım var. Qarabağ xalqı Ermənistanda keçirilən seçkilərdə iştirak etmir, onların öz hakimiyyətləri var, buna görə də onları danışıqlarda yalnız öz legitim hakimiyyətləri təmsil edə bilər".

 

Qeyd edək ki, Nikol Paşinyan baş nazir seçildikdən sonra Azərbaycanın işğal edilmiş torpaqlarında fəaliyyət göstərən separatçı rejimin danışıqlarda tərəf kimi iştirakını təklif edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı