Bakının mərkəzində yanğın oldu - HADİSƏ YERİNDƏN

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Həsən Seyidbəyli küçəsində baş verib.

Ağaclıq ərazidə baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının hadisə yerinin yaxınlığında yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

  

İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı