Arvadını öldürən kişinin meyiti Kürdən tapıldı - İNTİHAR, YOXSA...?
Samux rayonunda kişi meyiti aşkarlanıb.
APA TV-nin Qərb bürosunun məlumatına görə, meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb.
Təxminən orta yaşlarında olan kişi meyitinin xeyli müddətdir ki, çayda qaldığı ehtimal edilir. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin kimliyi məlum olub. Onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Firudin Əlif oğlu Ələsgərov olduğu bildirilir.
F.Ələsgərov bu il mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.