İraq OPEC-ə qarşı - NEFT BAHALAŞIR
Neftin qiymətlərində ciddi bahalaşma müşahidə olunur.
APA TV-nin məlumatına görə, "Brent" markası sutka ərzində bir dollardan çox bahalaşıb. Hazırda "Brent" neftinin bir bareli 77, Qərbi Texas markası isə 65,77 dollardan satılır.
İki marka arasında qiymət fərqi 11 dolları keçib.
OPEC üzvü Səudiyyə Ərəbistanı ilə təşkilatın tərəfdaşı Rusiya, İran və Venesueladan qaynaqlanan ixrac kəsirini aradan qaldırmaq üçün istehsalı artırmaq fikrindədir.
Ancaq İraqın neft naziri Cabbar əl-Luaibi bu ay Vyanada keçiriləcək görüşdə istehsalın artırılması müzakirəsinin aparılmayacağını bildirib. Fikir ayrılığı yekun qərarın verilməsini çətinləşdirəcək. Bu isə OPEC və tərəfdaşlarının bazara çıxardığı neftin həcmində azalma anlamına gəlir. Böyük ehtimalla bahalaşmaya səbəb məhz bu amildir.
Son 24 saatda baş verən qiymət artımının səbəbi də birjaların OPEC qərarına köklənməsi ilə bağlıdır.