Tramp Kim Kardaşyanın xahişini yerinə yetirdi - QƏRAR

Donald Tramp Kim Kardaşyanın xahişini yerinə yetirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan 63 yaşlı Elis Conson adlı qadının azadlığa buraxılması haqqında qərar verib.

 

21 ildir ki, məhbus həyatı yaşayan Elis Conson 1991-1994-cü illərdə ABŞ-da narkotik vasitələrinin daşınması ilə məşğul olan ən məşhur narkotacirlərdən olub. Ömürlük həbs olunan qadın ABŞ prezidentinin qərarı ilə əfv olunan 6-cı şəxs kimi tarixə düşüb.

 

Xatırladaq ki, Elis Consonun azad olunmasını Donald Trampdan erməni əsilli porno-ulduz ötən ay xahiş etmişdi.  

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı