“Maşın Şou”: Əli Mirəliyev səs toplaya bilmədi
“Maşın Şou”nun 16-cı sürətində növbəti buraxılışı qalmaqalla yadda qalıb.
APA TV xəbər verir ki, səsverməyə müğənni Əli Mirəliyev çıxıb.
Sakit başlayan mübarizə hədəfin açıqlanması ilə mübahisəyə çevrilib. Mirəliyev öncə hədəfini açıqlamasa da, sonra aktrisa Pərvin Abıyevanın adını çəkib. Bildirib ki, aktrisanın "Qocaların burda nə işi var?" deməsi onu acıqlandırıb. Pərvin Abıyeva belə bir söz dediyini inkar etsə də, Aytən Səfərova Mirəliyevin dediyini təsdiqləyib.
Aktrisanın "Mən Mirəliyevin oxuduğunun çoxunu anlamıram" deməsi aranı qızışdırıb.
Səsvermənin sonunda isə Əli Mirəliyev səs toplaya bilməyib və şounu tərk edib.