Ərdoğan etiraf etdi: "FETÖ bizim iqtidarımız zamanı böyüdü"

"FETÖ-nün bizim zamanımızda böyüdüyü iddiasını rədd etmirəm".

 

APA TV-nin məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D" ortaq yayımladığı proqramda bildirib.

 

"FETÖ-nün bizim iqtidarımız zamanı böyüdüyü doğrudur. Biz bunların böyük xəyanət şəbəkəsi içərisində olmasını, başda mən olmaqla, heç düşünmədik. Aldadıldıq. Onlar Ərdal İnönüyə, Bülent Ecevitə yaxın idi. Ərdal İnönünün bunların xaricdəki məktəblərini ziyarət etdiyini yaxşı bilirəm. Ecevitin də onların dəvətinə qatıldığı məlumdur" - deyə o qeyd edib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı