Kanadada marixuana leqallaşdırılır

Kanadada marixuana leqallaşdırılır.


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kanada senatı "Narkotik vasitələrin qadağan edilməsi" ilə bağlı qanuna dəyişiklik edib.


Dəyişikliyə əsasən marixuanadan əyləncə məqsədilə istifadə leqallaşıb və dəyişikliyin tam qüvvəyə minməsi üçün yuxarı palataya göndərilib. Yuxarı palata qanun layihəsindəki dəyişiklikləri qəbul edərsə, Kanada "Böyük yeddilik" ölkələri içərisində marixuananı leqallaşdıran ilk dövlət olacaq.

 

Xatırladaq ki,  Kanadanın baş naziri Castin Trüdo marixuananın qısa zamanda leqallaşdırılacağı ilə bağlı açıqlama vermişdi.


Qeyd edək ki, əsasən gənclər olmaqla Kanada əhalisi dünyada ən çox marixuanadan istifadə edən ölkələr arasındadır.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı