Meşədə pedofil düşərgəsi aşkarlanıb - QAMÇILAR, SEKS ALƏTLƏRİ...
ABŞ-ın Arizona ştatında pedofil düşərgəsi aşkarlanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, meşəlik ərazidə tunel olduğunu fərq edən gənclər ora daxil olub.
Yaşamaq üçün vacib vasitələrin olduğu yerin nə üçün istifadəsi əvvəlcə anlaşılmayıb.
Sonradan ağac üzərində bağlanmış kəmərlər, qamçıların buranın uşaq alverçiləri tərəfindən qurulduğunu ortaya qoyub. Düşərgədə oyuncaqlar, kosmetik vasitələr də tapılıb.
Burada uşaqlar əvvəlcə müayinə edilib, daha sonra seks köləsi olaraq satılırmış. Ərzaqların təzə olması düşərgənin bir neçə gün əvvələ qədər istifadə olunduğu ehtimalını artırıb. Geyimlər, pornoqrafik nəşrlər və seks alətləri də tapılan əşyalar arasındadır.