Külək, yağış, leysan - TEMPERATUR ENİR

Bakı və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə  və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 24-28,  Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.


Abşeron çimərliklərində iyunun 9-da şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə  əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv