Folklor paytaxtı olan Zaqatalaya infotur təçkil olunub

Dekabr ayının 19-u və 20-də Folklor Paytaxtı olan Zaqatala rayonunda Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərinin nümayəndələrindən ibarət heyət infotur təşkil edib. İştirakçılar infoturda rayonun Əliabad, Yengiyan və Suvagil kəndlərində folklor nümunələri ilə tanış olublar. Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva Zaqatala rayonunda 20-dək etnik azlığın nümayəndələrinin yaşadığını, öz mədəniyyətlərini, folklorunu yaşatdıqlarını söyləyib.  İnfoturda sərgilər və folklor nümunələri nümayiş olunub. Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə infotur iştirakçılarına Zaqatala haqqında məlumat verib. Sonra isə şəhərin gəzməli-görməli yerlərinə Dədə Qorqud meydanına, Tarix Mədəniyyət Qoruğuna, Heydər Parkına və Fındıq zavoduna birgə baxış keçirilib. Daha sonra Zaqatala rayon Mədəniyyət evində təşkil olunan Folklor Paytaxtının yekun konserti də geniş marağa səbəb olub. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov