Müsəlmanları qəzəbləndirəcək qərar - BU ÖLKƏDƏ MƏSCİDLƏR BAĞLANIR
Avstriyanın baş naziri Sebastian Kurz ölkədəki 7 məscidi bağlayacaqlarını və bir neçə imamı ölkədən çıxaracaqlarını deyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, mətbuat təxminən 40 imamın Avstriyadan kənarlaşdırılacağını yazır.
Kurz qərarın Vyanadakı bir məsciddə Çanaqqala müharibəsinin canlandırıldığı tədbirdə uşaqların hərbçi və şəhid rolunda oynadılmasından sonra verildiyini bildirib: "Aprel ayında Türkiyənin dəstək verdiyi bir məsciddə I Dünya Müharibəsindəki Çanaqqala müharibəsinin uşaqlar tərəfindən canlandırılma fotoları var. Araşdırmadan sonra bu qərara gəlinib. Paralel icmalar, siyasi islam və ifratçılığın bu ölkədə yeri yoxdur".