Təxribat törətmək istəyən erməni əsgəri vurulub
Dağlıq Qarabağda düşmən hərbçisi yaralanıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumata görə, hadisə təmas xəttinin şimal istiqamətində, döyüş postunda qeydə alınıb.
Əsgər, 1998-ci ilə təvəllüdlü Gevork Xaçatryan güllə yarası alıb.
Erməni saytları onun Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını yazır.