Şamaxıda sərnişin mikroavtobusu aşdı: 15 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 15 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Şəki-Bakı marşrutu üzrə hərəkət edən 55 BT 471 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşısına çıxan “Mercedes” markalı minik maşınına toxunaraq idarəetməni itirməsi nəticəsində aşıb.

 

Hadisə zamanı Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayeva, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adı məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi Və Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov