Tovuzda təcili tibbi yardım işçiləri döyüldü

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.


APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə İbrahimhacılı kəndində qeydə alınıb.

Təcili yardımın briqadası çağırış yerinə çatana qədər kənd sakini Mikayıl Kazımov ürəktutmasından dünyasını dəyişib. Mərhumun yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev, tibb bacısı Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyərək xəsarət yetiriblər. Hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb, təcili tibbi yardım maşınının şüşələri sındırılıb.


Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli