Akif Əlizadə yenidən AMEA prezidenti seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki keçirilib.
APA TV-nin məlumatına görə, AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın hazırkı prezidenti Akif Əlizadənin adının gizli səsvermə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib.
Səsvermədə 66 nəfər iştirak edib, onların hamısı A.Əlizadəyə səs verib: "5 il ərzində çalışdığım kimi bundan sonra da çalışacağam ki, Azərbaycan elminin inkişafı möhkəm təməl üzərində qurulsun. İlk növbədə çalışacağıq ki, Azərbaycan alimləri Avropanın böyük, meqaproyektlərində iştirak etsinlər. Çünki bu bizim alimlərimizin dünya fundamental elminin inkişafında ön sıralarda yer almasına zəmin yaradacaq".
Bununla yanaşı AMEA bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi də müəyyən edilib.
Ümumi yığıncaqda akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri seçiliblər.