Qəzza zolağında yenidən toqquşmalar yaşanıb - 4 ÖLÜ, 600-DƏN ÇOX YARALI

Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 600-dən çox fələstinli isə xəsarət alıb. APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin “WAFA” agentliyi xəbər verib.

Məlumata əsasən, Xan-Yunis yaşayış məntəqəsinin yaxınlığında İsrail hərbçiləri biri 15 yaşlı yeniyetmə olmaqla, 2 fələstinlini güllələyərək öldürüb. Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliyədə öldürülüb.

İsrail tərəfinin hesablamalarına görə isə bugünkü aksiyada 10-dək etirazçı iştirak edib.

Martın 30-dan etibarən fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 125 fələstinli ölüb.

Müəllif | Apa.Tv
Apa.tv