Suriyada sakitlik aviazərbələrlə yenidən pozulub - AZI 49 ÖLÜ

Rusiya ordusu Suriyanın İdlib bölgəsinin Zerdene kəndinə aviazərbələr endirib. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bombardman nəticəsində 49 dinc sakin ölüb, daha onlarla insanın yaralandığı bildirilir.

Məlumata görə, bölgədə həkim və dərman preparatları çatışmazlığı yaranıb. Rusiyanın Müdafiə Nazirliyi isə həmin bölgədə döyüş təyyarələrinin uçmadığına dair açıqlama yayıb və Zerdene kəndinin bombalanması təkzib edilib.

Nazirlik həmçinin bildirib ki, hadisə "Əl-Nusra Cəbhəsi" ilə müxalif qüvvələr arasında gedən atışma nəticəsində olub. Ancaq müxalifət bu bombardmanın Rusiyaya məxus “Su-24” qırıcıları tərəfindən həyata keçirildiyini, döyüş təyyarələrinin isə Suriyanın Lazkiya bölgəsində Rusiyaya aid hərbi bazadan havaya qalxdığını qeyd edib.

Qeyd edək ki, sözügedən Zerdene kəndi Bəşər Əsədə müxalif qüvvələrin nəzarəti altındadır.

Müəllif | Apa.Tv
Apa.tv