Zaqatalada 40 yaşlı qadını maşın vurdu

Zaqatalada piyadanın vurulması nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Zaqatala rayon sakini Murad Mustafayev idarə etdiyi "Vaz-2106" markalı "10 DX 446" dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Car kənd sakini, 1978-ci il təvəllüdlü Həvva Əhməd qızı Kusayevanı vurub.

Yaralı açıq  kəllə beyin travması, sağ  ayağın baldır sümüyünün sınığı diaqnozu və travmatik şok vəziyyətdə Zaqatala Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv