Səməd Seyidov: "Ermənilərin yalanı ayaq tutdu, amma yerimədi"

"Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir".

 

APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

 S. Seyidov deyib ki, bunlar ilk addımlardır:

 

"Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Bu, məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutdu, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez işğaldan azad ediləcək. Bununla əlaqədar, yəni Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".

 

Qeyd edək ki, Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edilib.

Müəllif | Apa.Tv
Apa.tv