Çinli hakerlər ABŞ sualtı qayıqlarının silah sistemini ələ keçirdilər - QALMAQAL

Çinli hakerlər ABŞ-a məxsus sualtı qayıqlara məxsus silah sistemini oğurlayıblar.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ donanmasının hazırda üzərində işlədiyi təhlükəsizlik sisteminə aid materiallar və silahlanma sistemi çinli hakerlərin əlinə keçib.

 

Hakerlər bu sistemləri Çin hökuməti üçün oğurlayıblar.

 

"Washington post" qəzetində dərc olunan məqalədə qeyd olunur ki, "süpersonik nüvə" layihəsi barədə planlar silah sisteminin əsasını təşkil edirdi və hazırda bu materiallar Çin hökumətinin əlindədir. Həmçinin "Dəniz əjdahası" adlı layihənin, "sualtı elektronik müharibə"yə aid materiallar və 2020-ci ildə quraşdırılacaq nüvə başlıqları barədə məlumatlar da sızdırılıb.

 

Məsələ ilə Federal Təhqiqatlar Bürosu araşdırmaya başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv