Kürdəmirdə idarəetmədən çıxan avtomobil aşıb - 5 YARALI

Kürdəmirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Bakı-Qazax yolunun 177 km-də, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Paytaxt sakini, 1983-cü təvəllüdlü Əliyev Faiq Tofiq oğlu idarə etdiyi "Mercedes" markalı avtomaşınla Qazax istiqamətində hərəkət edərkən idarəetmədən çıxan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü F.Əliyev, onun sərnişinləri - paytaxt sakinləri, 61 yaşlı Əliyev Tofiq Mənsim oğlu, 57 yaşlı Namazov İsrafil Məhəmməd oğlu, Daşkəsən rayon sakinləri, 65 yaşlı İbrahimov Raci Vəli oğlu və 59 yaşlı İbrahimova Sara Gülalı qızı müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv