7 yaşlı uşağı ilan sancıb - VƏZİYYƏTİ AĞIRDIR
Tovuz sakinini ilan sancıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Kənd sakini, 2011-ci il təvəllüdlü Cəfərov Nihad Eldəniz oğlunu ilan yaşadığı evin həyətində oynayarkən sancıb. Bundan sonra uşağın səsinə yaxınları gəlib.
Azyaşlı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti ağır olduğundan oradan da paytaxtda olan xəstəxanaların birinə aparılıb. Hazırda vəziyyəti nəzarət altındadır.