Ər arvadını bıçaqladı - TOVUZDA

Tovuzda qadın əri tərəfindən bıçaqlanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv