Bakıda dəhşətli qəza - MAŞIN İKİYƏ BÖLÜNDÜ
Bakının Nizami rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
Yüksək sürətlə idarə edildiyi bildirilən "VAZ 2107" markalı minik maşını "BMW" markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, "Jiquli"nin sürücüsü əsas yola daxil olan zaman gözləməyib və "BMW"-nin qarşısına çıxıb. Zərbənin gücündən "VAZ 2107" markalı avtomobil iki hissəyə bölünüb. Onun sürücüsünün ciddi xəsarət almadığı deyilir.
Yol qəzasının təfərrüatları Nizami rayon polisi tərəfindən araşdırılır.