Cəbhədə düşmən əsgəri ölüb
Dağlıq Qarabağda düşmən hərbçisi ölüb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə iyunun 10-da saat 18:00 radələrində, təmas xəttinin cənub-şərq istiqamətində qeydə alınıb.
Ermənistan ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Vaan Eloyan aldığı güllə yarasından keçinib.
Erməni saytları onun Azərbaycan Ordusunun açdığı atəş nəticəsində öldüyünü yazıb.