"Maşın Şou": Hüseyn Əzizoğlu Pərvini göstərib Abbası vurdu
“Xanımlar və Cənablar 2”-nin finalına sayılı günlər qalır.
APA TV-nin məlumatına görə, xanımların aşkar üstünlüyü bəyləri çətin vəziyyətə salır. Elə ötən axşam olduğu kimi.
Növbəti dəfə səsverməyə çıxarılan Hüseyn Əzizoğlu xanım rəqibi Pərvin Abıyevanı oyundan uzaqlaşdırmağa cəhd edib. Lakin səsvermə müddətində bunun heç də asan olmayacağı açıq görünüb. Hüseynin Pərvinə atdığı atmacalar xanım aktrisanı özündən çıxarıb və oyunun gedişinə təsir edib.
Gecənin sonunda vayner hər kəsi təəccübləndirəcək qərar verib. O, 60,30 faiz səs toplasa da, Pərvin Abıyevanı deyil, Abbas Bağırovu şoudan uşaqlaşdırıb.