Saatlıda kütləvi zəhərlənmə: 24 nəfər xəstəxanaya yerləşdirildi

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Smada kəndində qeydə alınıb.

 

Tarlada işləyən 24 nəfər zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Zəhərlənmənin səbəbini araşdırmaq və zərərçəkənlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün rayona Bakıdan Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

APA TV zəhərlənənlərin adlarını əldə edib. Onlardan dörd nəfər - 1990-cı il təvəllüdlü Tarverdiyeva Aybəniz Əlkömək qızı, 1978-ci il təvəllüdlü Məmmədova Həqiqət Qüdrət qızı, 1986-cı il təvəllüdlü Həsənova Elnarə Eltac qızı və 1984-cü il təvəllüdlü Qardaşova Gülnarə Möhübbət qızı Bakı şəhərindəki 1 saylı klinikanın toksikoloji şöbəsinə yerləşdirilib.

 

Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən zərərçəkənlər isə bunlardır:

 

  • Nadirova Rəbiyyə Əlikişi qızı - 1969
  • Əliyeva Kəmalə Əlikişi qızı - 1974
  • Adilova Şahnaz Əşrəf qızı - 1973
  • Adilov Əli Akif oğlu - 2001
  • Dadaşova Nuridə Əziz qızı - 1989
  • Dadaşov Baloğlan Əziz oğlu - 2002
  • Dadaşova Rəhimə Dədəxan qızı - 1981
  • Hüseynov Vüsal Azad oğlu - 1988
  • Bədirova Xalidə Muğdat qızı - 1979
  • Həsənova Güllü Əlmöhsün qızı - 1985
  • Sadıqova Aynurə Abdulla qızı - 1996
  • Həsənova Rəna Teyyub qızı - 1973
  • Əhmədov Ehtibar Sücayət oğlu - 1988
  • Dadaşova Şəfayət Umudxan qızı - 1982-ci il
  • Şagbazov Elton Elman oğlu - 2000
  • Xalidov Lətif İbrahim oğlu - 1979
  • Nəcəfov Eltac Allahverdi oğlu - 1996
  • Nəcəfova Dilarə Fitatxan qızı - 1969
  • Sadıqova Banu Adıgözəl qızı
  • Tarverdiyev Səfalı Arif oğlu - 1979

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı