46 yaşlı milyarder və 12 yaşlı oğlu HELİKOPTER QƏZASINDA ÖLDÜ
Çinli 46 yaşlı milyarder Lam Kok və onun 12 yaşlı oğlunun olduğu helikopter Fransada qəzaya uğrayıb. Qəza nəticəsində milyaderlə birgə, 12 yaşlı oğlu da həlak olub.
Lam Kok Honkonqun nufuzlu "Briliant" çay şirkətinin sahibidir. APA TV-nin "İnterfaks"a istinadən məlumatına görə, Lam Kok Bordoda yeni aldığı üzüm bağına baş çəkmək üşün Fransaya gedirmiş. Qəza o zaman baş verib. Helikopteri bağ sahibinin idarə etdiyi bildirilir. Həmçinin, qeyd olunur ki, ata və oğul Kokdan başqa helikopterdə tərcüməçi də olub. Bağ sahibi və tərcüməçinin də öldüyü bildirilir. Hadisəylə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Fransa mətbuatının yazdığına görə, helikopter Dordon çayına düşüb. Hadisə yerində xilasedicilər işləyir. Ölənlərdən birinin meyiti aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirək üçün araşdırma aparılır. Bir müddət öncə isə milyaderin itkin düşdüyü xəbəri verilirdi.