Angela Merkel Rusiyaya şərt qoydu - BƏYANAT
"Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın "G8" formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır"
APA TV-nin məlumatına görə, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel deyib: "Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir".
O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: "Düşünürəm ki, İtaliya bizimlə razıdır və "G7" sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir".
Xatırladaq ki, "G7" sammiti başlamazdan öncə Donald Tramp görüşdə Rusiyanın iştirak etməsinin vacibliyini qeyd etmiş və rəsmi Kremlin də danışıqlarda iştirak etməli olduğunu vurğulamışdı.