Xaçmazda dəhşətli cinayətin üstü açıldı - BALTALAYIB BASDIRIBLAR

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisində basdıran şəxslər saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

 

Həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

 

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.  

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan