Ərdoğan: "Kandil və Sincarda hərbi əməliyyatlara start verdik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kandil və Sincara hərbi əməliyyat başlatdıqlarını deyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 20 təyyarə ilə PKK-ya aid 14 deponun məhv edildiyini bildirib: "Şimali İraqda Kandil və Sincarda əməliyyat başlayacağını demişdim. Başladıq. 20 təyyarəmiz 14 önəmli nöqtəni məhv edib. Vurdular, döndülər. Amma bitmədi, davam edəcək. Hədəfimiz bataqlığın ən böyüyünü qurutmaqdır. Kandili ölkəmiz və millətimiz üçün artıq təhdid, terror qaynağı olmaqdan çıxarırıq".
Ərdoğan əlavə edib ki, Türkiyə Kandildəki terror bataqlığını da Suriyanın Afrin, Cerablus, Əl-Bab və Azez bölgələrində olduğu kimi qurudacaq.