Xidmət rəisi: "Bakıda sərnişin daşıyan avtobusların 87%-nin istismar müddəti bitib"

"Bu gün sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrindən 87 faizinin istifadə müddəti bitib".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib:

 

Onun sözlərinə görə, hazırda nəqliyyat sahəsində vergi xidmətlərinin elektronlaşdırılmasını təmin etmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Vergilər Nazirliyi arasında məsləhətləşmələr aparılır:

 

Konfransda qeyd olunub ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtonəqliyyat parkının yenilənməsi və qarşıdakı 5 ildə sərnişin avtobuslarının istifadə müddətinin 10 ilə endirilməsi üzrə işlər aparılır. 

 

SİNXRON: Həbib Həsənov - DANX-nin rəisi: "Bu, insanların təhlükəsizliyi və rahat gediş-gəlişi ilə bağlı olan məsələlərdir. Biz də dövlət orqanı olaraq narahatıq. Bir neçə il ərzində istər qanunvericilik səviyyəsində, istərsə də qaydalar, normativ-hüquqi bazada yeniliklər edilməlidir ki, özəl sektor burada stimullaşdırılsın".

 

Tədbirdə yerli daşıyıcıların beynəlxalq yük daşımalarında 2000 ədəd nəqliyyat vasitəsindən istifadə etdiyi, onların da yalnız 1239-nun müasir tələblərə cavab verdiyi bildirilib.

 

Müzakirələr zamanı xidmətin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının müasirləşdirilməsi üzrə təkliflər hazırlandığı açıqlanıb.

 

Sonda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Texniki Universitet arasında əməkdaşlıq barədə protokol imzalanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv