Ana doğuş zamanı öldü - SİYƏZƏNDƏ
Siyəzən rayonunda ana ölümü baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayon sakini Aytən Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.
Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar aparılır.