Volqada faciə: barja ilə katamaran toqquşdu - ÖLÜ SAYI ÇOXDUR

Rusiyanın Volqoqrad şəhərində, Volqa çayında barja ilə katamaran toqquşub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə sahildən 250 metr aralıda qeydə alınıb.

 

Əraziyə dərhal xilasedicilər cəlb olunmaqla, xüsusi əməliyyata başlanılıb.

 

Hadisə zamanı katamaranın göyərtəsində 16 nəfər olub. Onlardan  10 nəfər ölüb, 5 nəfər xilasedicilər tərəfindən təxliyə edilib. 1 sərnişinin isə itkin düşdüyü bildirilir.

 

Qəzanın səbəblərinin araşdırılması üçün istintaq qrupu yaradılıb, araşdırma aparılır.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov