Pxenyan Vaşinqton qarşısında öhdəlik götürdü - TRAMP KİMƏ SÖZ VERDİ
Koreya Xalq Demokratik Respublikası (KXDR) və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib.
APA TV-nin CNN-ə istinadən verdiyi məlumatına görə, Donald Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb.
D.Tramp isə bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.
Kim Çen In və D. Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə razılığa gəliblər.