Rozanın zərgər dəqiqliyi: “Maşın” finişə gedir

“Maşın Şou”nun ötən günkü buraxılışı həm iştirakçılar, həm də tamaşaçılar üçün gözlənilməz anlarla yadda qaldı.

 

APA TV-nin məlumatına görə, finala iki gün qaldığı zənn edilsə də, mübarizənin son və həlledici mərhələsinin təməli məhz dünən axşam qoyuldu.

 

5 iştirakçıdan qutuya ən çox şəkli atılan Uran oldu. Onun hədəfi Pərvin Abıyeva idi.

 

Səsvermə müddətində maraqlı anlar yaşandı. Aytən Səfərova ilə Pərvin Abıyevanın sözləri yenə də çəp gəldi. Amma əsas şok səslər açıqlananda yaşandı. 56,51 faiz səs toplayan Uran şouda qalmağı bacardı. Amma hədəf kimi seçdiyi Pərvini oyundan çıxarmaq əvəzinə başqa addım atdı. O, əlbir olduğu Roza Zərgərliyə üz tutdu və bu an heç kəsin gözləmədiyi hadisə baş verdi.

 

Pərvin Abıyevanın qəfil əlini maşından çəkməsindən sonra daha bir gözlənilməzlik oldu. Təcrübəli iştirakçı Roza Zərgərlinin uğurlu strategiyası ilə daha bir iştirakçı oyunu tərk etdi. Uran Aytən Səfərovanı şoudan uzaqlaşdırdı.

 

Beləliklə, “Xanımlar və Cənablar 2” də final həyəcanı başladı.

Müəllif | Apa.Tv
Nigar Həsənli